Bank Of Baku

ABŞ ÜTT-yə Çindən şikayət edib

ABŞ ÜTT-yə Çindən şikayət edib
# 21 sentyabr 2011 14:10 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ Ümumdünya Ticarət Təşkilatına (ÜTT) Çindən şikayət edib. “APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, Vaşinqton Pekini ABŞ-dan ixrac olunan toyuq və hinduşka ətinə əsaslandırılmamış rüsum tətbiq etməkdə suçlayıb.

Öz növbəsində Çin tərəfi ABŞ-dan ixrac olunan quş ətinə qanuni şəkildə rüsum tətbiq edilib. Çünki amerikalı istehsalçılar hökumətdən subsidiya alır və öz məhsullarını Çin bazarına ucuz qiymətlərlə çıxarırlar.

Qeyd edək ki, Çin ABŞ-dan ixrac olunan toyuq və hinduşka ətinə bu aydan rüsum tətbiq edib. Rüsumun məbləği məhsulun qiymətindən asılı olaraq 50%-100% arasında dəyişir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR