Bank Of Baku

Arif Vəliyev: «Azərbaycanda ətin bahalaşmasının səbəblərini yerlərdə axtarmaq lazımdır»

Arif Vəliyev: «Azərbaycanda ətin bahalaşmasının səbəblərini yerlərdə axtarmaq lazımdır»
# 27 sentyabr 2011 11:22 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.

A.Vəliyev qeyd edib ki, qiymətlərin artmasının amilləri son satış, yəni ticarət məntəqələri deyil, daha çox istehsalçılarla bağlı ola bilər. A.Vəliyevin sözlərinə görə, istehsalçılar ətin bahalaşmasını bir sıra səbəblərlə izah etsələr də, onlar reallığa ziddir. Belə ki, yay aylarında mal-qaranın əsasən təbii otla qidalanması fonunda yemin bahalaşması səbəbini Komitə sədrinin məntiqə uyğun gəlmədiyini sayır. Bundan başqa, yayda həm ümumi mövsümi amillər, həm orucluğun bu vaxta təsadüf etməsinə görə, ətə tələbat nəzərə çarpan dərəcədə azalır. «Lakin bu, qiymətlərin azalmasına gətirib çıxarmayıb və əksinə, ətin bahalaşması baş verir», - deyə A.Vəliyev vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR