Bank Of Baku

Qazaxıstan Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır

Qazaxıstan Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında maraqlıdır
# 29 sentyabr 2011 10:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri, Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında illik ticarət dövriyyəsi daha çox ola bilər. Belə ki, həm Azərbaycanın, həm də Qazaxıstanın bunun üçün potensialı böyükdür.

Nazir bildirib ki, 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 342 mln. ABŞ doları, bu ilin ilk yarısında isə bu göstərici 150 mln. dollar təşkil edib.

«İki ölkənin ticarət əlaqələrində daha çox Qazaxıstandan Azərbaycana məhsul idxal olunur», - deyə N.Əliyev qeyd edib.

Nazir onu da bildirib ki, hazırda Qazaxıstan tərəfi Azərbaycandan kənd təsərrüfatı məhsullarının, əsasən də meyvə-tərəvəz məhsullarının Aktau və Mangistauya idxalında maraqlıdır. N.Əliyev Qazaxıstan tərəfinin Azərbaycanın meyvə-tərəvəz məhsullarının baha satmasından gileyləndiyini bildirib və qeyd edib ki, bu sahədə rəqabət təmin olunmalıdır. Belə ki, hazırda Qazaxıstan sözügedən məhsulları Özbəkistan və Qırğızıstandan da idxal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR