Bank Of Baku

Bu ilin ilk yarısında Rusiya Azərbaycana 235 mln. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib

Bu ilin ilk yarısında Rusiya Azərbaycana 235 mln. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib
# 29 sentyabr 2011 13:32 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Rusiyada taxıl ixracına olan embarqonun aradan qaldırılmasından sonra Azərbaycana bu məhsulun ixracı bərpa olunub. Nəticədə, təkcə iyul ayı ərzində Rusiya Azərbaycana 13 mln. ABŞ dolları həcmində taxıl ixrac edib. APA-nın məlumatına görə, bu barədə Rusiya Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin açıqlamasında deyilir.

Məlumatda habelə bildirilir ki, Rusiya Azərbaycanın kənd təsərrüfatı, o cümlədən ərzaq məhsullarının əsas təchizatçılarından biri olaraq qalır. Belə ki, cari ilin ilk yarısı ərzində Rusiya Azərbaycana 235 mln. ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR