Bank Of Baku

İsmət Abasovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İstanbul və Moskvada keçiriləcək beynəlxalq tədbirlərdə iştirak edəcək

İsmət Abasovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İstanbul və Moskvada keçiriləcək beynəlxalq tədbirlərdə iştirak edəcək
# 01 oktyabr 2011 08:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun başçılıq etdiyi nümayəndə heyəti İstanbul və Moskvada keçiriləcək beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, oktyabrın 3-dən 6-dək İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kənd Təsərrüfatı Nazirlərinin 6-cı Konfransı, oktyabrın 6-dan 9-dək isə Moskva şəhərində "Zolotaya osen – 2011” 13-cü Rusiya aqrosənaye sərgisi və sərgi çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin kənd təsərrüfatı nazirlərinin görüşü təşkil olunacaq. Azərbaycan nümayəndə heyəti hər iki tədbirə qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR