Bank Of Baku

Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 203 min hektar sahədə əkin sahələri üçün yer ayrılıb

Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 203 min hektar sahədə əkin sahələri üçün yer ayrılıb
# 07 oktyabr 2011 09:04 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi münasibətilə hakim Yeni Azərbaycan partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, indiyədək göstərilən məqsədlər üçün 50-60 min hektar ayrılıb: “Bu işlər 2012-ci ildə tam başa çatacaq. Məqsədimiz odur ki, hər hektardan indiki 5-10 sentner yox, 50-55 sentner məhsul yığılsın”.

Komitə sədri qeyd edib ki, əkin sahələri üçün ayrılan ərazi İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Şəmkir və digər rayonları əhatə edir: “Artıq 2012-2020-ci illəri əhatə edəcək növbəti mərhələdə bu ərazilərdə müasir təsərrüfatlar yaradılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR