Bank Of Baku

Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
# 07 oktyabr 2011 15:43 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Azərbaycanı kənd təsərrüfatı naziri İsmət Abbasov təmsil edib.

Rusiyanın kənd təsərrüfatı naziri Yelena Skrınnikin sədrliyi ilə keçirilən görüşdə qlobal ərzaq təhlükəsizliyi, Qara dəniz ölkələri arasında ticarət və infrastrukturun yaradılması, kənd təsərrüfatı sektorunda investisiya artımı məsələləri müzakirə olunub. İ. Abbasov görüşün nəticələri barədə danışarkən bir sıra məsələlər üzrə geniş fikir mübadiləsi aparıldığını söyləyib. Nazirin sözlərinə görə, gələcəkdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə ərzaq təhlükəsizliyinin tam nəzarətə götürülməsi çox mühüm amildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR