Bank Of Baku

Aqro İnformasiya Mərkəzi Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatına qoşulub

Aqro İnformasiya Mərkəzi Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatına qoşulub
# 18 oktyabr 2011 15:58 (UTC +04:00)
Bakı - APA-Economics. Aqro İnformasiya Mərkəzi (AİM) Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyasına (İFOAM) üzv qəbul edilib. AİM-dən “APA-Economics”ə verilən məlumata görə, bu münasibətlə bu gün İFOAM-ın Almaniyanın Bonn şəhərində yerləşən mərkəzi ofisindən AİM-ə üzvlük sertifikatı təqdim edilib.

IFOAM-ın başlıca məqsədi ekoloji təmiz (orqanik) kənd təsərrüfatının prinsiplərinə əsaslanan ekoloji, ictimai və iqtisadi cəhətdən düzgün sistemlərin bütün dünyada qəbuludur. O cümlədən üzvlərin fəaliyyətinin koordinasiya edilməsi, qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsi, orqanik təsərrüfat sahəsində tədqiqat işlərinin yayılması da İFOAM-ın fəaliyyət əhatəsinə daxildir. Hazırda federasiya dünyanın 130 ölkəsindən 700-dək üzvü özündə birləşdirir.

Qeyd edək ki, AİM 2010-cu ildən Azərbaycanın mərkəzi rayonlarında ekoloji təmiz kənd təsərrüfatı (orqanik) məhsulu istehsalçılarının dəstəklənməsi layihəsini həyata keçirir. Bərdə və Tərtər rayonlarında 156 fermer təsərrüfatında ekoloji təmiz kənd təsərrüfatına keçid dövrü mərhələsində müxtəlif məhsullar istehsal edirlər. Layihə çərçivəsində fermerlərin maarifləndirilməsi, nümayiş sahələrinin yaradılması, təsərrüfatların inkişaf planının hazırlanması, təcrübə səfərlərinin təşkili, sertifikatlaşdırmaya dəstək, bazara çıxış imkanlarının yaxşılaşdırılması kimi məsələlər diqqət mərkəzindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR