Bank Of Baku

«İcraçı Kredit Agentliyi» bu il 38 kredit ittifaqına 11,3 mln. manat kredit ayırıb

«İcraçı Kredit Agentliyi» bu il 38 kredit ittifaqına 11,3 mln. manat kredit ayırıb
# 24 oktyabr 2011 14:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «İcraçı Kredit Agentliyi» tərəfindən 2011-ci ilin yanvar-sentyabr aylarında 38 kredit ittifaqına 11,290 mln. manat həcmində kredit verilib. Bunu «APA-Economics»ə açıqlamasında «İcraçı Kredit Agentliyi»nin baş direktoru Arif Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, hesabat dövründə agentliyin vəsaiti hesabına kredit ittifaqlarının verdiyi kreditlərin sayı 2 391-ə çatıb. Ümumiyyətlə, 2009-cu illə müqayisədə 2010-cu ildə agentlik tərəfindən verilən kreditlərin həcmi 30,3% artaraq 13,697 mln. manat olub. Həmçinin, 2009-cu illə müqayisədə agentlik vasitəsi ilə kredit ittifaqlarının verdikləri kreditlərin sayı 69,6% artaraq 2010-cu ildə 5 426-ya çatıb.

Qurum tərəfindən verilən kreditlərin həcmi 2006-cı ildə 4,683 mln. manat (32 kredit ittifaqı vasitəsi ilə), 2007-ci ildə 6,712 mln. manat (33 kredit ittifaqı), 2008-ci ildə isə 7,168 mln. manat (26 kredit ittifaqı) təşkil edib.

Qeyd edək ki, «İcraçı Kredit Agentliyi» bank olmayan kredit təşkilatı Azərbaycanda «Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi Layihəsi»nin Kənd Yerlərinin Maliyyələşdirilməsi komponentinin icrası məqsədi ilə 2002-ci ilin may ayında təsis edilib. Təşkilatın məqsədi kənd təsərrüfatı sahəsində çalışan fiziki və hüquqi şəxslərə xidmət göstərmək, kredit ittifaqları və borcalanlar qrupunun yaradılmasına, inkişaf etməsinə köməklik etmək və onlara kreditlərin verilməsini təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR