Bank Of Baku

Azərbaycanda mal-qaranın sayı 2,7 mln. başa, davarların sayı 8,6 mln. başa çatıb

Azərbaycanda mal-qaranın sayı 2,7 mln. başa, davarların sayı 8,6 mln. başa çatıb
# 25 oktyabr 2011 09:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında mal-qaranın baş sayı 47,1 min baş artaraq 2,664 mln.-a çatıb.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ölkə başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

İ.Abasovun sözlərinə görə, bu müddət ərzində davarların sayı 116,35 min baş artaraq 8,575 mln.-a çatıb. Qeyd olunan dövrdə 333,613 min ton (diri çəkidə) ət və 1,230 mln. tondan çox süd istehsal edilib.

Nazir bildirib ki, heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinin qarşısının alınması, ölkəyə gətirilən heyvan və heyvan mənşəli məhsulların sanitar keyfiyyətinin yoxlanılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən geniş profilaktik tədbirlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR