Bank Of Baku

“Aqrolizinq” ASC 2005-ci ildən indiyədək 12 357 ədəd kənd təsərrüfatı texnikasını lizinqə verib

“Aqrolizinq” ASC 2005-ci ildən indiyədək 12 357 ədəd kənd təsərrüfatı texnikasını lizinqə verib
# 25 oktyabr 2011 10:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına 2005-2010-cu və 2011-ci ilin doqquz ayı ərzində 12 357 ədəd kənd təsərrüfatı texnikası lizinqə verilib.

«APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ölkə başçısının sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib.

İ.Abasovun sözlərinə görə, bu müddət ərzində 990 taxılyığan kombayn, 3 584 traktor, 73 dəst texnoloji avadanlıq, o cümlədən soyuducu kamera, süd zavodu, yem istehsalı zavodu, istixana və digər avadanlıq, 300 min ton mineral gübrə, 300 ton pestisid alınıb, təsdiq edilmiş qaydalara müvafiq olaraq satılmış və ya lizinqə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR