Bank Of Baku

Azad İstehlakçılar Birliyi ərzaq məhsullarının qiymətinə dair monitorinqin nəticələrini açıqlayıb

Azad İstehlakçılar Birliyi ərzaq məhsullarının qiymətinə dair monitorinqin nəticələrini açıqlayıb
# 26 oktyabr 2011 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azad İstehlakçılar Birliyi (AİB) «İnflyasiyanın aşağı düşməsi üçün istehlakçıların kollektiv məsuliyyətinin artırılması» layihəsi çərçivəsində 2011-ci ilin aprel-oktyabr ayları ərzində ərzaq məhsullarının qiyməti üzrə aparılan monitorinqin nəticələrini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, qeyd olunan dövr ərzində kartof (-25,4%), həmçinin tərəvəz və bostan məhsulları, o cümlədən pomidor (-27,7%), xiyar (-35,7%), baş soğan (-40%), ağ kələm (-66,7%), meyvə və giləmeyvələrdən alma (-47,8), armud (-31%) süd və süd məhsullarından, o cümlədən qablaşdırılmış yerli (-7,7%) və idxal süd (-17%), xama (-10%) və kəsmik (-3,3%), yağlardan isə idxal olunan kərə yağının (37%) qiymətlərində azalma olduğunu bildirib.

E.Hüseynovun sözlərinə görə, bu dövrdə adları çəkilən məhsulların qiymətlərində olan azalma mövsümi amillərlə bağlıdır. Monitorinq aparılan dövrdə qiymətləri artan ərzaq məhsulları sırasına isə banan (6,84), portağal (14%), ət və ət məhsulları o cümlədən sümüklü mal əti (29%), sümüklü qoyun əti (14%), toyuq (23%), totuq budu (5%), balıq və balıq məhsulları, o cümlədən nərə bağlı (67%), ağ balıq (17%), günəbaxan yağı (15%), idxal olunan günəbaxan yağı (21%) və yerli çay (60%) məhsulları daxildir.

E.Hüseynov bildirib ki, bir sıra zəruri tələbat mallarının qiymətləri diapazonu artan dinamikaya malikdir və təhlillər göstərir ki, qiymətlər əsasən süni şəkildə artırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR