Bank Of Baku

Nazir İsmət Abasov: “Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün Azərbaycanda kifayət qədər mal-qara var”

Nazir İsmət Abasov: “Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün Azərbaycanda kifayət qədər mal-qara var”
# 01 noyabr 2011 09:22 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Ölkədə heyvandarlıq sektorunda artım qeydə alındığını xatırladan nazirin sözlərinə görə, həm davar və iri buynuzlu mal-qaranın baş sayı, həm də ət istehsalında artım qeydə alınıb: “Buna görə də Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün problem olmayacaq”.

İ.Abasov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi həmin heyvanların xəstə vəziyyətdə yox, sağlam vəziyyətdə satılmasını təmin etməlidir: “Bunun üçün nazirlik tərəfindən müvafiq tədbirlər həyata keçirilir”.

Qurban bayramı günlərində ətin qiymətinin artıb-artmayacağına dair sualı cavablandıran nazir Kənd Təsərrüfatı Nazirliyinin qiymət siyasətini həyata keçirən orqan olmadığını söyləyib.

Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanda kənd təsərrüfatı sektorunda artım 7,6% olub. O cümlədən bitkiçilik sektorunda 10,6%, heyvandarlıq sektorunda 3,7% artım qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR