Bank Of Baku

Bu il Azərbaycanda dövlət agentliyinin xətti ilə fermerlərə 13 mln. manat kredit verilib

Bu il Azərbaycanda dövlət agentliyinin xətti ilə fermerlərə 13 mln. manat kredit verilib
# 01 noyabr 2011 11:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. 2011-ci ildə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə fermerlərə 13 mln. manat kredit verilib. «APA-ECONOMICS»in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, bu vəsaitin 10 mln. manatı büdcədən ayrılıb, daha 3-4 mln. manat isə ötən illər verilmiş kreditlərin qaytarılması hesabına daxil olub. Hazırda kreditlərin verilməsi məqsədilə beynəlxalq qurumlardan əlavə vəsaitlərin cəlb olunması üçün Dünya Bankı və İFAD təşkilatı ilə danışıqlar aparılır: «Bu yaxınlarda Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış müqavilələr əsasında bu sahədə yeni layihələr həyata keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR