Gəncədə «Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı və davamlı inkişafı» mövzusunda konfrans keçirilib
«APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, elmi-tədris müəssisələrinin məsul şəxsləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Konfransda çıxış edən İİN-in İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev qeyd edib ki, ölkə regionlarının sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib, regionlarda yeni iş yerləri və müəssisələr yaradılıb. V.Vəliyev kənd təsərrüfatında ekoloji təmiz məhsul istehsalının stimullaşdırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixrac imkanlarının daha da genişləndirilməsi, Azərbaycanın zəngin təbii ehtiyatlarından səmərəli istifadə etməklə ölkədə ekoloji təmiz kənd təsərrüfatının inkişafı üçün əlverişli şəraitin olduğunu bildirib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov çıxış edərək hazırda regionların investisiya potensialının artdığını, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin genişləndiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsal və emal obyektlərinin yaradıldığını, ekoloji məhsul istehsalında sahibkarlığın rolunun yüksəldiyini diqqətə çatdırıblar.
Öz növbəsində TİKA-nın nümayəndəsi Sibel Güneyi Azərbaycan-Türkiyə əlaqələrinin ikitərəfli əməkdaşlığa gözəl nümunə olduğunu vurğulayıb, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib. S.Güneyi iki ölkə sahibkarları arasında mövcud əlaqələr barədə məlumat verib, işgüzar əməkdaşlığın genişlənməsində özəl sektorun rolunu xüsusilə qeyd edib və diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə üçün qeyri-neft məhsullarının ixracının artırılmasında ekoloji təmiz kənd təsərrüfatının rolunun formalaşdırılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov ekoloji təmiz kənd təsərrüfatının qeyri-neft ixracının artırılmasında, həmçinin regional sahibkarlığın inkişafında mühüm rolundan danışıb, bu sahədə ixtisaslı kadrların hazırlığı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, ekoloji təmiz məhsulların tədarükü, emalı, saxlanması texnologiyalarının işlənməsi və istehsalata tətbiqi, istehsalçılara elmi-praktiki köməkliyin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusi önəm kəsb edir.
Tədbirdə çıxış edən türkiyəli mütəxəssislər «Ekoloji təmiz kənd təsərrüfatında beynəlxalq sertifikasiya kriteriyaları», «Dünyada və Türkiyədə ekoloji təmiz kənd təsərrüfatına verilən dövlət dəstəyi», «Ekoloji təmiz kənd təsərrüfatında elmi tədqiqatlar və kadr hazırlığı», «Ekoloji təmiz kənd təsərrüfatının regionların və sahibkarlığın inkişafında rolu», «Kənd təsərrüfatında proqram fəaliyyəti və büdcələndirmə», «Ekoloji təmiz kənd təsərrüfatında marketinq və ixrac» mövzularında məruzələrlə çıxış edib, bu sahədəki təcrübələrindən danışıb.
Aqrar-sənaye kompleksi
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib
Azərbaycanda balıq ovu mövsümü açıq elan edilib
Azərbaycanda toxum bazarına nəzarət gücləndiriləcək
Xəbər Lenti
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
Ağdamda traktor minaya düşüb
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək