Bank Of Baku

Azərbaycan paytaxtında çörək ucuzlaşıb

Azərbaycan paytaxtında çörək ucuzlaşıb
# 02 noyabr 2011 14:08 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, Bakının çörək bazarında ən böyük iştirakçılardan biri və çörəyin qiymətində digər istehsal sexləri üçün qiymət oriyentiri rolunu oynayan “Sərham” MMC-nin (Bakıxanov Çörək Zavodu) istehsal etdiyi 750 qramlıq çörəyin pərakəndə satış qiyməti 40 qəpikdən 35 qəpiyə endirilib. Qiymətlərin düşməsi MMC-nin çörəyini satan bütün satış nöqtələrində müşahidə olunub.

Zavodun baş direktoru Rasim Nəbiyev “APA-Economics”ə bildirib ki, çörəyin ucuzlaşması unun qiymətinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, bir qədər əvvəl 50 kiloqramlıq kisəsi 20-20,5 manata satılan unun qiyməti indi 17,5-18 manata düşüb: «Bu da bizə qiymələri aşağı salmağa imkan verib».

Bununla yanaşı, heç də bütün çörək sexləri qiymətləri aşağı salmayıblar.

Müşahidələr göstərir ki, Bakıdakı çörək sexlərinin bir hissəsi qiymətləri dəyişməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR