Bank Of Baku

Azərbaycan Tiflisdə təşkil edilən beynəlxalq sərgidə iştirak edir - FOTOSESSİYA

Azərbaycan Tiflisdə təşkil edilən beynəlxalq sərgidə iştirak edir - <font color=red>FOTOSESSİYA</font>
# 02 noyabr 2011 14:19 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Tiflis (Gürcüstan) şəhərində işə başlayan XI “AGRO FOOD DRİNK TECH 2011” beynəlxalq sərgisində Azərbaycan da iştirak edir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Expo Georgia” sərgi mərkəzinin təşkilatçılığı, Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi və Tiflis şəhər meriyasının dəstəyi ilə təşkil edilən sərgiyə 70-dən çox şirkət qatılıb.

Sərgidə Azərbaycanı “Azersun Holding” şirkəti təmsil edir. Şirkət “Məryəm”, “Final”, tomat pastaları, müxtəlif içkilər, qarğıdalı yağları, makaron məhsulları, şəkər tozu və digər yeyinti məhsulları nümayiş etdirir.

“Expo Georgia” Sərgi Mərkəzinin nümayəndəsi Nino Qamrekeli APA-ya açıqlamasında sərgidə 11 ölkədən şirkətlərin iştirak etdiyini bildirib: “Sərgiyə aqrar bölmə üçün texnika, yüngül sənaye məhsulları və digər məhsullar istehsal edən şirkətlər qatılıb. Sərgiyə hər bir şirkət yeni texnologiya ilə gəlib və istehsal etdiyi keyfiyyətli məhsullar üçün müştəri axtarır. İstər xarici şirkətlər, istərsə də Gürcüstan ərazisində istehsalla məşğul olan fermerlər burada istənilən texnika və məhsulu əldə edə bilər”.

Qeyd edək ki, sərgi noyabrın 5-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR