Bank Of Baku

Beynəlxalq Epizootik Büro Azərbaycanı donuzlar arasında “Afrika taunu”ndan azad ölkələr siyahısına salıb

Beynəlxalq Epizootik Büro Azərbaycanı donuzlar arasında “Afrika taunu”ndan azad ölkələr siyahısına salıb
# 10 noyabr 2011 09:03 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Beynəlxalq Epizootik Büro Azərbaycanı donuzlar arasında “Afrika taunu”ndan azad ölkələr siyahısına salıb. Bu haqda APA-ya Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O bildirib ki, 2008-ci ilin yanvar ayında Qəbələ rayonunun Nij kəndində donuzlar arasında bu xəstəliyin aşkarlanması ilə əlaqədar Azərbaycanın adı qeyri-sağlam ölkələr siyahısına daxil edilmişdi: “Xəstəliyin karantin müddəti 3 ildir. 3 ildən sonra xəstəlik təkrar olunsa, bu müddət bir qədər də uzadılır. Amma ölkəmizdə bu xəstəlik təkrar olunmadı və Azərbaycan xahiş etdi ki, ölkəmizin adı büronun xüsusi bülletenində yer alan sağlam ölkələr siyahısına salınsın”.

Y. Xanvəli deyib ki, Qafqaz ölkələri arasında yalnız Azərbaycanın adı sağlam ölkələr siyahısına düşüb. Xarici dövlətlər bu siyahıda adı olan ölkələrdən donuz əti və məhsulları alırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR