Bank Of Baku

Bakıda avropalı iş adamları ilə görüş keçiriləcək

Bakıda avropalı iş adamları ilə görüş keçiriləcək
# 11 noyabr 2011 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Noyabrın 14-də Almaniya, İngiltərə, Belçika, Fransa və İtaliyada aqrar sahə ilə məşğul olan 10 şirkətin nümayəndələri Azərbaycandakı həmkarları ilə görüşmək üçün Bakıya gələcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı Almaniyada kənd təsərrüfatının vəziyyəti, Azərbaycan haqda qısa məlumat ikitərəfli əməkdaşlıq, investisiya layihələri və digər məsələlər barədə müzakirələr aparılacaq.

Əsasən heyvandarlıq və quşçuluq üçün yem zavodu, taxılın qurudulması və anbarlaşdırılması, qida sənayesi, istixanaların isitmə və havalandırma sistemi, meyvə-tərəvəzin saxlanması üçün soyuducu anbar, ətin, südün saxlanması və super-marketlər üçün soyuducu avadanlıqları, istixanalar, bağ salma texnikası, meyvələrin çeşidlənməsi, qurudulması və qablaşdırılması və digər sahələrin avadanlıqları mövzularında danışıqlar aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR