Bank Of Baku

Bakıda aqrar biznes-forum keçirilib

Bakıda aqrar biznes-forum keçirilib
# 14 noyabr 2011 08:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Alman-Azərbaycan Məsləhət Şirkətinin təşkilatçılığı ilə “Azərbaycanın aqrar təsərrüfatında bağçılıq və qida sənayesində investisiyalar, biznes və maliyyələşmə imkanları” mövzusunda aqrar biznes-forum keçirilib.

APA-Economics”in xəbərinə görə, forumda Almaniya, İngiltərə, Belçika, Fransa və İtaliyada aqrar sahə ilə məşğul olan 10 şirkətin nümayəndəsi iştirak edir. Görüşdə Almaniya və digər Avropa ölkələrində kənd təsərrüfatının vəziyyəti, ikitərəfli əməkdaşlıq, investisiya layihələri və digər məsələlər barədə müzakirələr aparılır.

Tədbiri giriş sözü ilə açan ASK prezidenti Məmməd Musayev ölkədə əlverişli biznes mühitinin olması, sahibkarlığın inkişafı və ölkə iqtisadiyyatında özəl sektorun xüsusi çəkisinin dinamik artımından danışıb. Onun sözlərinə görə, alman şirkətləri ilə əsasən heyvandarlıq və quşçuluq üçün yem zavodu, taxılın qurudulması və anbarlaşdırılması, qida sənayesi, istixanaların isitmə və havalandırma sistemi, meyvə-tərəvəzin saxlanılması üçün soyuducu anbar, ət-süd məhsullarının saxlanılması və supermarketlər üçün soyuducu avadanlıqlar, bağsalma texnikası, meyvələrin çeşidlənməsi, qurudulması və qablaşdırılması və digər sahələrin avadanlıqlarının alınması mövzusunda danışıqlar aparılır.

Azərbaycan tərəfdən tədbirdə Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələri, 26 şirkət və fərdi sahibkarlar iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR