Bank Of Baku

Azərbaycan alkoqollu içki istehsalını artırmaq niyyətindədir

Azərbaycan alkoqollu içki istehsalını artırmaq niyyətindədir
# 15 noyabr 2011 12:04 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ölkə hökumətinin hazırladığı ortamüddətli proqnozlarda bildirilir.

Proqnozlara əsasən, 2011-ci ildə ölkədə 38,4 min dekalitr şampan şərabı, 900,8 min dkl araq, 853,1 min dkl üzüm şərabı, 4 037,3 min dkl pivə və 91,9 min dkl brendi (konyak) istehsal olunacağı gözlənilir. Artıq 2015-ci ildə bu göstəricilər müvafiq olaraq 61,4%, 6,1%, 17,7%, 15,9% və 88,5% artaraq 62 min dkl, 955,6 min dkl, 1 003,8 min dkl, 4 679,0 min dkl və 173,2 min dkl təşkil edəcəyi gözlənilir.

Ümumiyyətlə, 2011-ci ildə Azərbaycanda 5 921,5 min dkl, 2012-ci ildə 6 224,9 min dkl, 2013-cü ildə 6 517,5 min dkl, 2014-cü ildə 6 686,0 min dkl, 2015-ci ildə isə 6 873,6 min dkl alkoqollu içki istehsal olunacağı proqnozlaşdırılır. Göründüyü kimi, növbəti 4 il ərzində Azərbaycanda alkoqollu içkilərin orta illik artımın 4% təşkil edəcəyi gözlənilir.

Bununla yanaşı, ölkədə alkoqolsuz içkilərin istehsalının da artacağı gözlənilir. Belə ki, əgər 2011-ci ildə sözügedən məhsulların istehsalı 21 346,1 min dkl təşkil edəcəksə, 2015-ci ildə bu göstərici 53,5% artaraq 32 772,8 min dkl-a çatacağı gözlənilir. Alkoqolsuz içkilərin növbəti 4 ildə orta illik artım tempi 13,8% təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR