Azərbaycanın Oğuz rayonunda qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin açılışı olub
Prezident İ. Əliyev qlükoza, özək, kəpək, qlüten və digər hazır məhsulların, eləcə də qlükozanın istehsal prosesinin nümayiş etdirildiyi stendə baxıb.
Sonra dövlət başçısı müəssisəni işə salıb.
Bildirilib ki, müəssisədə əsasən Türkiyə, ABŞ, Almaniya və İtaliya istehsalı olan avadanlıq quraşdırılıb. Müəssisənin istehsalat korpusu ilə yanaşı, hər birinin tutumu 500 ton olan iki taxıl anbarı və digər köməkçi binalar inşa edilib. Gələcəkdə hər birinin tutumu min ton olan daha iki taxıl anbarının tikintisi planlaşdırılır. Müəssisə gündəlik 80 ton qarğıdalı emalından 55 ton yüksək keyfiyyətli qida qlükozası və 20 tonadək müxtəlif növ yem məhsulları istehsal etmək gücünə malikdir. Burada 153 nəfər işlə təmin edilib.
Qeyd edilib ki, bu cür müəssisə Cənubi Qafqazda ilk olaraq Azərbaycanda inşa olunub. Müəssisədə ilkin mərhələdə qlükoza, daha sonra isə fruktoza və dekstroza məhsullarının istehsalı nəzərdə tutulur. Həmin məhsullardan əsasən şirniyyat, konserv, süd məmulatı, dondurma və limonad istehsalında istifadə olunacaq. Bu layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanda taxılçılığın, o cümlədən qarğıdalı istehsalının artırılması üçün əlverişli şərait yaranacaq və qarğıdalı emalından alınan məhsulların idxalının qarşısı alınacaq. Müəssisə Azərbaycanın tələbatının yerli istehsal hesabına yüksək keyfiyyətli qida qlükozası, protein, qlüten, kəpək və sair məhsullarla təminatına tam imkan yaradır. İstehsal prosesi zamanı yaranan tullantılar isə yem məhsulu kimi heyvandarlıqla məşğul olan fermerlərə satılacaq.
Bildirilib ki, müəssisənin xammal bazası yerli istehsal hesabına formalaşacaq. Bu məqsədlə Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında fəaliyyət göstərən fermerlərlə danışıqlar aparılır. Gələcəkdə kifayət qədər xammal bazası formalaşdırıldıqdan sonra müəssisənin gündəlik emal gücünün 80 tondan 200 tona çatdırılması nəzərdə tutulur.
Müəssisə ilə yaxından tanış olan prezident İ. Əliyev kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Aqrar-sənaye kompleksi
Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük olunub - FOTO
Nazir müavini: Bundan sonra qadın sahibkarlığın inkişafına xüsusi əhəmiyyət veriləcək
Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Şəmkirdə regional müşavirə keçirilib - FOTO - YENİLƏNİB
Xəbər Lenti
Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ üzvü ola bilməz
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Zelenski: Tramp Rusiyaya qarşı sanksiyalara qayıdacağını və Ukraynaya yardımı artıracağını vəd edib
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Dübəndi sahilində aşkarlanan neft qalıqları ərazidən kənarlaşdırılıb - FOTO - VİDEO
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
DÇ-2026: Braziliya qələbə axtarışında
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub - YENİLƏNİB-1
Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib - FOTO
Rəsmi Tehran: AEBA müfəttişlərinin nüvə obyektlərində təftiş aparması planlaşdırılmır
Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb
İsrail Livanı bombalayıb, 47 nəfər ölüb - YENİLƏNİB
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
İran XİN: ABŞ-la yaxın günlərdə görüşün keçirilməsi üçün hazırlıq görülür
Elnarə Akimova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir
Qəbul imtahanlarında abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil
MN-in Tibb İdarəsində müşavirə keçirilib
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük olunub - FOTO
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir
I–IV ixtisas qrupları üzrə abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb
"Reuters": ABŞ-la Qətərin vasitəçiliyi ilə İsrail və "Hizbullah" atəşkəsə razılaşıb
Sabunçuda 12 il əvvəl evi qarət etdikdən sonra qətl törədən şəxsə hökm oxunub
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Almaniya səfirini qəbul edib
Tramp Xameneiyə cavab verib: Çarəsizlikdən danışıqlar aparan İran idi
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
Tramp: Müharibə İranı zəiflədib, heç nələri yoxdur
Ağdamda əmək yarmarkasında 160-dan çox vakansiya təqdim edilib
Xəzər rayonunda açıq ərazidə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib