Bank Of Baku

Yaxın illərdə Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatlarında orta illik artım 5% olacaq

Yaxın illərdə Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatlarında orta illik artım 5% olacaq
# 22 noyabr 2011 14:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 7,1%, növbəti 3 ildə isə orta hesabla 5% artım proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu 2012-ci il dövlət büdcəsinin layihəsi üzrə parlamentdə keçirilən müzakirələrdə iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, bu zaman aqrar sektora dövlət dəstəyi tədbirlərinin davam etdiriləcəyi, intensiv metodların və müasir texnologiyaların tətbiqinə üstünlük veriləcəyi, habelə «2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» ilə müəyyən edilmiş hədəflər nəzərə alınıb: «İri taxılçılıq təsərrüfatlarının yaradılması, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına taxıl, soyuducu anbar, istixana komplekslərinin istifadəyə verilməsi və həmçinin «Aqrolizinq» ASC-nin fəaliyyəti kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdıracaq».

Ş.Mustafayev onu da qeyd edib ki, artıq layihəsi SKMF tərəfindən maliyyələşdirilmiş 118 min ton tutumu olan 33 soyuducu anbardan 18-i istifadəyə verilib, 15-i isə növbəti ildə, eləcə də 11 istixana istifadəyə veriləcək: «Bununla yanaşı, yaradılan toxumçuluq və aqroservis müəssisələri qeyri-neft sektorunun inkişafına, o cümlədən ixracyönümlü, keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının artımına təkan verəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR