Bank Of Baku

Azərbaycanda geni dəyişdirilmiş bitkilərin yaradılması qadağan ediləcək

Azərbaycanda geni dəyişdirilmiş bitkilərin yaradılması qadağan ediləcək
# 23 noyabr 2011 13:11 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, Komitənin bu gün keçirilən iclasında deputatlar və müvafiq qurumların nümayəndələri iştirak edib.

İclasda qeyd olunub ki, qanun layihəsində birinci oxunuşdan sonra səslənən təkliflər nəzərə alınmaqla 18 dəyişiklik edilib. Qanuna 10 yeni müddəa əlavə olunub, 8-i isə çıxarılıb. Əlavə edilmiş müddəaya əsasən, ölkədə geni dəyişdirilmiş bitkilərin yaradılması qadağan edilir.

İclasda həmçinin bildirilib ki, bu qanunun qəbulundan sonra ölkədə geni dəyişdirilmiş məhsullarla bağlı ayrıca qanunun qəbuluna ehtiyac var.
Komitə sədri Eldar İbrahimov bildirib ki, qanun ölkə ərazisindəki mədəni bitkilərin genetik ehtiyatlarını qorumağı qarşıya məqsəd qoyur.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuş üçün parlamentin müzakirəsinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR