Bank Of Baku

Azərbaycan taxıl istehsalını 23% artırıb

Azərbaycan taxıl istehsalını 23% artırıb
# 28 noyabr 2011 12:50 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 2 306,1 min ton taxıl (qarğıdalısız) istehsal olunub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 23,7% çoxdur. Dən üçün qarğıdalıya gəldikdə isə, Azərbaycan 2011-ci ilin yanvar-oktyabr aylarında bu məhsulun yığımını 10,6% artıraraq 149,8 min tona çatdırıb.

«Ümumiyyətlə, hesabat dövründə ölkədə 2 455,9 min ton taxıl istehsal olunub ki, bu da keçən ilin ilk on ayına nisbətən 22,9% çoxdur», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR