Azərbaycanda fermerlər məhsullarını SMS-lə sata biləcək
Bazar İnformasiya Kommersiya Mərkəzi (BİKM) adlanan bu sistemin məlumatları internetdə də yerləşdirilir. Qeyd edək ki, BİKM Dünya Bankı və Azərbaycan hökumətinin dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən «Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi Layihəsi-II» çərçivəsində yaradılıb.
Layihənin əlaqələndricisi Nizami Qarayev «APA-Economics»ə bildirib ki, layihədə məqsəd kənd, bazar əlaqələrinin yaradılması olub: «Kənd-bazar əlaqələrini yaratmaq dedikdə, söhbət kənd təsərrüfatı məhsullarının qiymətlərinin ictimaiyyətə çatdırılmasından gedir».
Layihə çərçivəsində qiymət toplayan işçilər tərəfindən ölkənin 10 iqtisadi bölgəsindəki əsas bazarlarda 83 adda kənd təsərrüfatı məhsullarının gündəlik bazar qiymətləri toplanır və internet vasitəsilə bu sistemə göndərilir.
N.Qarayev bildirib ki, həmin informasiyalar mərkəzdə işləndikdən sonra www.agrobusiness.az internet səhifəsi vasitəsilə bundan istənilən şəxs istifadə edə bilər: «Qiymətlər toplananda minimum-maksimum və orta qiymət əsas götürülür, pərakəndə və topdan satış qiymətləri nəzərə alınır. Bunun əsasında da toplanmış informasiyalar 6955 sistemi vasitəsilə istənilən istifadəçi tərəfindən istifadə oluna bilər».
Qeyd edək ki, 6955-dən istifadə qaydaları sadədir. Zəng zamanı istifadəçiyə bələdçi qoşulur, o müəyyən yönləndirici suallarla istifadəçinin hansı bazarlardan və hansı məhsulun qiymətini öyrənmək istədiyini dəqiqləşdirir. Bundan sonra həmin qiymət SMS-lə istifadəçiyə göndərilir. SMS-də minimum-maksimum və orta qiymətlər, eləcə də topdansatış, pərakəndə satış və fermer satış qiymətləri barədə məlumatlar verilir.
Layihənin əlaqələndiricisi vurğulayıb ki, fermerlər isə bu sistemə öz məhsullarının satılması üçün müraciət edə bilərlər: «Fermerin öz məhsulu barədə verdiyi məlumatın içərisində məhsulun adı, miqdarı, keyfiyyət göstəricisi və qiyməti haqqında informasiya olur. Sonradan bu məhsullar barədə məlumatlar da sayta yerləşdirilir. Nəticədə digər istifadəçilər də görür ki, hansı bölgədə hansı məhsul neçəyədir».
Bununla yanaşı bildirilir ki, sistemdən istifadə zamanı bəzi xidmətlər pulludur. Məsələn, fermerlərin bura məlumat yerləşdirməsi xidməti pulsuzdur. Amma qiymətlər barədə məlumatın alınması pulludur.
Qeyd edək ki, 6955-dən iki cür istifadə etmək olar: zəng vurub qiymətləri öyrənmək, SMS göndərərək qiyməti almaq mümkündür. Hər iki variantda xidmət haqqı 40-45 qəpik arasında dəyişir.
Bundan başqa, sistemdə ölkənin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələrin bazası yaradılır və bu barədə fermerlər və digər istifadəçilər məlumat ala bilər.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb