Bank Of Baku

Dünya bazarında kakaonun qiyməti ucuzlaşıb

Dünya bazarında kakaonun qiyməti ucuzlaşıb
# 06 dekabr 2011 12:26 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozonadakı borc böhranı dünya bazarında kakaonun qiymətinin aşağı düşməsinə səbəb olub.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, kakao dənələrinin nəhəng istehlakçısı olan Avropa regiondakı böhrandan ehtiyat edərək, şokolad istehsalı üçün xammal alışını kəskin azaldıb.

Dekabrın 5-də bağlanan müqavilələrdə kakaonun 1 tonu üçün qiymət ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% azalaraq 1414 funt sterlinq (2213 dollar) həcmində müəyyənləşdirilib. Bu, 2008-ci ilin dekabr ayından bəri kakao dənələri üçün ən aşağı qiymətdir.

Qeyd edək ki, 2010-cu ilin sonu - 2011-ci ilin əvvəlində kakaonun qiyməti 33 illik tarixi maksimuma çatıb. Buna dünyada nəhəng kakao dənəsi istehsalçısı olan Kot-d’İvuardakı siyasi böhran səbəb olub.

Kakaonun ucuzlaşmasının digər səbəbi kimi bu il Kot-d’İvuar və Qanada yüksək kakao məhsuldarlığının olması haqda məlumatlar göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR