Bank Of Baku

Prezident Administrasiyası: Azərbaycan aqrar sektorun dəstəklənməsini davam etdirəcək

Prezident Administrasiyası: Azərbaycan aqrar sektorun dəstəklənməsini davam etdirəcək
# 07 dekabr 2011 11:31 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə «Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər» mövzusunda bu gün Bakıda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanda kənd təsərrüfatının ÜDM-də payı 5,4%, qeyri-neft ÜDM-də payı isə 12% təşkil edib.

Hazırda kənd təsərrüfatında məşğul əhalinin 38%-i çalışır. Ölkə üzrə investisiyalarda kənd təsərrüfatının payı 4,4%, kredit qoyuluşlarındakı payı isə 4,8% təşkil edir.

Ötən ilin sonuna ölkədə kənd təsərrüfatı müəssisələrinin sayı 2 336, fərdi təsərrüfatının sayı 2 618, ailə kəndli və ev təsərrüfatlarının sayı isə 871 220 vahid olub.

A.Əmiraslanov bildirib ki, aqrar sahədə gəlirlilik nisbətən aşağı olduğundan dövlət bu sektora dəstək verir: «Hazırda regionlarda həyata keçirilən infrastruktur layihələri aqrar sahənin inkişafına kömək edəcək. Azərbaycan aqrar sektorun inkişafı siyasətini davam etdirəcək».

Belə ki, aqrar sektora yüksəldilən büdcə xərcləri 2011-ci ildə 453 mln. manat olubsa, gələn il üçün bu rəqəm 472,3 mln. manat nəzərdə tutulub.

Şöbə müdirinin sözlərinə görə, hazırda ölkədə ərzaq təhlükəsizliyi riski yoxdur, əksinə geniş ixrac imkanları mövcuddur. Belə ki, ölkədən kənd təsərrüfatı məhsullarının ixracının diversifikasiyası nəzərdə tutulub. Azərbaycan bu sahədə ixracı artırmaq və yeni bazarlara çıxışı təmin etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR