Bank Of Baku

Noyabrda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1% ucuzlaşıb

Noyabrda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1% ucuzlaşıb
# 08 dekabr 2011 14:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,1%, o cümlədən birillik və ikiillik bitkilər 0,8%, diri heyvanlar və heyvandarlıq məhsulları 0,3% bahalaşıb, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 3,6% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, noyabrda birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8%, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 0,7%, göyərtilərin 8,7%, sarımsağın 2,2%, bibərin 20,7%, xiyarın 1,7%, pomidorun 1%, badımcanın 2,9%, quru otun 2,7%, yoncanın 1,2% bahalaşıb, qarğıdalının istehsalçı qiymətləri 1,7%, soğanın 0,2%, kartofun istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.

Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 1%, xurmanın 9,6%, feyxoanın və naringinin 4,5%, almanın 6,1%, heyvanın 25%, limonun 6,2%, qozun istehsalçı qiymətləri 0,6% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,5%, camışın 2,8%, 1 yaşdan 2 yaşadək olan erkək dananın 2%, ana qoyunun 0,9%, 1 yaşadək quzunun 3,6%, cavan hind toyuğunun 17,1%, erkək qazın 16,7%, camış südünün 0,3%, inək südünün istehsalçı qiymətləri 0,2% bahalaşıb, cavan keçilərin və toyuq yumurtalarının istehsalçı qiymətləri isə müvafiq olaraq 2,5% və 0,7% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR