Bank Of Baku

Azərbaycan aqrar sahədə vergi güzəştlərini ləğv edilə bilər

Azərbaycan aqrar sahədə vergi güzəştlərini ləğv edilə bilər
# 15 dekabr 2011 08:19 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib. Onun sözlərinə görə, heç bir güzəşt daimi deyil və kənd təsərrüfatının yüksək inkişafına nail olunduğu təqdirdə, həmin güzəştlər də ləğv edilə bilər: «Amma hazırda bu məsələ müzakirə olunmur və 2014-cü ilə qədər həmin güzəştlər qüvvədədir».

Qeyd edək ki, kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə prezidentin 1999-cu il 22 mart tarixli fərmanı ilə kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən 5 il müddətinə azad edilib. Eyni zamanda, 2001-ci il 27 noyabr tari¬xində «Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəşt¬lərinin verilməsi haqqında» qanun qəbul edilib. Bu qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini, fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar. Sonradan bu qanunun müddəti bir neçə dəfə uzadılıb və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər vergi güzəştlərindən 2014-cü il yanvarın 1-dək istifadə edə bilərlər.

A.Musayevin sözlərinə görə, vaxtilə bu güzəştlər tətbiq olunanda dövlət bu sahənin inkişafında maraqlı idi: «Ona görə də həmin sahənin vergidən azad olunması ilə bağlı stimullaşdırıcı hal olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında müvəqqəti qanun qəbul olunub və vergi güzəştləri üçün tətbiq edilən müddət 2014-cü ilə qədər uzadılıb. Qeyd edim ki, belə güzəştlər təkcə kənd təsərrüfa¬tında deyil, ölkənin digər aparıcı sahələrində də tətbiq olunub».

A.Musa¬yev hesab edir ki, bütövlükdə güzəşt vergi ödəyiciləri arasında diskriminasiya yaradır, vergi ödəyi¬cisinin fəallığını azaldır və ödəyici öz qarşısında rəqib görmür: «Bu mənada, güzəşt iqtisadi inkişaf üçün o qədər də əlverişli addım deyil. Bütün beynəlxalq qurumlar belə güzəştlərin əleyhinədir. Hesab edirəm ki, güzəştin əvəzinə subsidiyaların verilməsi daha məqsədəuyğundur».

Vergilər Nazirliyinin məlumatına görə, əhaliyə verilən güzəşt və imtiyazlar hesabına yığılmamış ver¬ginin həcmi yığılan verginin həcminin təxminən 25-30%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR