Bank Of Baku

Nazir Kəmaləddin Heydərov: «Azərbaycanda un və çörəyin ucuzlaşması müşahidə olunur»

Nazir Kəmaləddin Heydərov: «Azərbaycanda un və çörəyin ucuzlaşması müşahidə olunur»
# 16 dekabr 2011 11:55 (UTC +04:00)
Bunun 115 min tonu 2008-ci ildə, 160 min tonu 2009-cu ildə, 590 min tonu 2010-cu ildə, 110 min tonu isə 2011-ci ildə ehtiyat kimi qəbul olunub. APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazir bildirib ki, Azərbaycanda buğda biçini başlayan vaxtdan ölkənin aparıcı KİV-də Dövlət Taxıl Fonduna yerli taxılın qəbulu ilə bağlı elanlar verilib. Yerli buğda istehsalçılarından bu il ərzində 3 222 ton buğda qəbul edilib.

Nazirin sözlərinə görə, yerli buğda istehsalçılardan məhsul qəbulunun Fond tərəfindən məhdudiyyət qoyulmadan aparılması onlar üçün iqtisadi baxımdan çox faydalıdır: «Həyata keçirilən tədbirlər nəticəsində son iki ildə dünya bazarlarında əmələ gələn qıtlığa və kəskin qiymət artımına baxmayaraq, ölkədə çörək məmulatlarının qiymətlərinin sabit saxlanması mümkün olub, hazırda daxili bazarda unun və çörəyin qiymətlərində ucuzlaşma müşahidə edilir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR