Bank Of Baku

Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilib

Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilib
# 17 dekabr 2011 16:30 (UTC +04:00)
Bakı – APA. Bu gün Bakı şəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Kənd Təsərrüfatı Nazirliyindən APA-ya verilən məlumata görə, yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılıb.

Yarmarkalarda Azərbaycanın müxtəlif şəhər və rayonlarından gətirilmiş meyvə-tərəvəz məhsulları, həmçinin ət, ağartı, bostan məhsulları, taxıl məhsulları, yumurta və s. satışa çıxarılıb.

Nazirlikdən bildirilib ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-40% aşağıdır. Ümumilikdə, yarmarkalara yüzlərlə ton həcmində məhsul çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR