Bank Of Baku

Azərbaycan taxıl istehsalını 23,7 faiz artırıb

Azərbaycan taxıl istehsalını 23,7 faiz artırıb
# 24 dekabr 2011 10:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan taxıl istehsalını ötən ilin analoji dövrünə nisbətən 22,9% artırıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 2 457,9 min ton taxıl (qarğıdalısız) istehsal olunub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 23,7% çoxdur. Dən üçün qarğıdalıya gəldikdə isə, Azərbaycan 2011-ci ilin yanvar-noyabr aylarında bu məhsulun yığımını 11,5% artıraraq 151,7 min tona çatdırıb.

“Ümumiyyətlə, hesabat dövründə ölkədə 2 457,9 min ton taxıl istehsal olunub ki, bu da keçən ilin ilk on bir ayına nisbətən 22,9% çoxdur”, - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR