Bank Of Baku

Azərbaycan pambıq istehsalını artırıb

Azərbaycan pambıq istehsalını artırıb
# 27 dekabr 2011 13:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 58 min ton pambıq istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə pambıq istehsalı 64,5% artıb. Belə ki, 2010-cu ilin eyni dövrü ərzində Azərbaycanda cəmi 35,3 min ton «ağ qızıl» istehsal olunub.

Qeyd edək ki, ümumiyyətlə Azərbaycan pambıq istehsalını tədricən artırmaq niyyətindədir. Belə ki, 2012-ci ildə 62,2 min ton, 2013-cü ildə 70,1 min ton, 2014-cü ildə 74,4 min ton, 2015-ci ildə isə 80,1 min ton pambıq istehsalı gözlənilir. Göründüyü kimi, növbəti 4 il ərzində ölkədə «ağ qızıl» istehsalının orta illik artım dinamikası təxminən 7,2% təşkil edəcək.

Xatırladaq ki, 2009-cu ildə Azərbaycanda 31,9 min ton, 2010-cu ildə isə 38,2 min ton pambıq istehsal olunub.

Hazırda dünya bazarında 1 ton pambığın qiyməti 2 min ABŞ dollarına yaxınlaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR