Bank Of Baku

«Aqrolizinq» yeni tender keçirir

«Aqrolizinq» yeni tender keçirir
# 06 yanvar 2012 09:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC taxıl və qarğıdalı yığan kombaynlar, müxtəlif kənd təsərrüfatı texnikaları və istixana avadanlıqlarının satın alınmasına dair üç lot üzrə açıq tender keçirir.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, birinci lotda 4 ədəd taxıl və qarğıdalı yığan kombaynların, ikinci lotda 436 ədəd traktora qoşulan müxtəlif kənd təsərrüfatı texnikaları, sonuncu lotda isə Biləsuvar rayonunda 2 hektar sahədə istixana avadanlıqlarının quraşdırılmasının satın alınması nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyənlər tender təkliflərini fevral ayının 17-dək «Aqrolizinq»ə təqdim edə bilərlər. Zərflər isə fevralın 20-də şirkətin inzibati binasında açılacaq.

Qeyd edək ki, tenderdə iştirak haqqı birinci lot üzrə 500 manat, ikinci və üçüncü lotlar üzrə isə 1000 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR