Bank Of Baku

Portağal şirəsinin qiyməti son 34 ildə ən yüksək həddə çatıb

Portağal şirəsinin qiyməti son 34 ildə ən yüksək həddə çatıb
# 11 yanvar 2012 13:03 (UTC +04:00)
Bahalaşmanın səbəbi ABŞ-ın qida məhsulları üzrə baş tənzimləyici orqanı tərəfindən Braziliyadan meyvə və şirələrin gətirilməsinə qadağanın qoyulmasıdır. Öz növbəsində, qadağanın səbəbi Braziliyada meyvə və şirələrin istehsalında funqisidlərin (göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə olunan kimyəvi maddə) istifadə olunmasıdır.

«APA-Economics»in «Financial Times»a istinadən verdiyi məlumata görə, yanvarın 10-da «ICE Futures» birjasında yanvar ayı üzrə müqavilələrdə konsentratlaşdırılmış portağal şirəsinin qiyməti 9,7% artaraq 1 funt üçün 2,1275 dollar təşkil edib. Bu, 1977-ci ildən bəri portağal şirəsinin ən yüksək qiymətidir. Ümumilikdə isə ilin əvvəlindən indiyədək Nyu-York birjasında şirənin qiyməti 26% artıb.

Qiymətlərin bahalaşmasına embarqonun məhz ilin bu vaxtı qoyulması da təsir edib. Adətən mövsümün bu dövründə – qışın ortasında soyuğa görə, ABŞ-ın cənubundakı portağal bağlarının məhsuldarlığı azalır.

Ekspertlərin fikrincə, yaxın vaxtlarda ABŞ Braziliyadan meyvə və şirələrin gətirilməsinə bütünlüklə qadağa qoyacaq. Xatırladaq ki, dünya portağal şirələri bazarında Braziliyanın payı 60%-ə çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR