Bank Of Baku

Azərbaycan parlamenti aqrar sahə ilə bağlı qanunvericiliyə dəyişikliklər etməyə hazırlaşır

Azərbaycan parlamenti aqrar sahə ilə bağlı qanunvericiliyə dəyişikliklər etməyə hazırlaşır
# 18 yanvar 2012 09:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Milli Məclisini Aqrar siyasət Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda komitə sədri Eldar İbrahimov Aqrar siyasət Komitəsinin 2011-ci il payız sessiyasının yekunlarına dair gördüyü işlərə dair məlumat verib.

E.İbrahimov qeyd edib ki, komitə üzvləri ötən sessiya dövründə xaricdə keçirilən tədbirlərdə iştirak ediblər. Komitəyə payız sessiyası dövründə 66 vətəndaş ərizə ilə müraciət edib. Hesabat dövründə komitənin 5 iclası keçirilib və iclasda 6 məsələ, o cümlədən 3 qanun layihəsi müzakirə olunub.

Daha sonra Aqrar siyasət Komitəsinin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı barədə məlumat verən E.İbrahimov bildirib ki, iş planına 3 məsələ daxildir. Lakin sessiya dövründə əlavə qanun layihələrinin komitəyə daxil olması gözlənilir.

E.İbrahimov deyib ki, parlamentin yaz sessiyasında Aqrar siyasət Komitəsi tərəfindən «Kənd təsərrüfatı kooperasiyası haqqında» qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılması planlaşdırılır. Bundan əlavə, «Kənd təsərrüfatında informasiya məsləhət xidməti haqqında» qanun layihəsi və bir sıra qanunlara əlavə və dəyişikliklər layihələrinin müzakirəyə təqdim edilməsi gözlənilir.

Daha sonra deputatların fikir və təklifləri dinlənilib, komitənin 2012-ci il yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR