Bank Of Baku

Azərbaycan pambıq istehsalını 71% artırıb

Azərbaycan pambıq istehsalını 71% artırıb
# 18 yanvar 2012 11:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il ərzində Azərbaycanda 65,317 min ton pambıq yığılıb ki, bu da 2010-cu ilə nisbətən 70,9% artıqdır.

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, pambıq yığımındakı kəskin artım həm pambıq əkini sahələrinin genişlənməsi, həm də məhsuldarlığın yüksəlməsi ilə əlaqədardır. Belə ki, 2011-ci ildə 42,829 min hektarda pambıq əkilib ki, bu da 2010-cu ilə nisbətən 12,6 min hektar və ya 42% artıb. Hər hektardan məhsuldarlıq isə 2010-cu ildəki 12,7 tondan 2011-ci ildə 15,3 tona çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR