Bank Of Baku

Azərbaycan ötən il buğda yığımını 25% artırıb

Azərbaycan ötən il buğda yığımını 25% artırıb
# 18 yanvar 2012 11:34 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2011-ci ildə 2 458,5 min ton dənli bitki yığılıb. Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu da 2010-cu ilin göstəricisinə nisbətən 23% artıqdır.

Hesabat ilində dənli bitkilərin yığımında əsas artım məhsuldarlığının yüksəlməsi hesabına təmin edilib. Belə ki, ötən il məhsuldarlıq 1 hektardan 25,4 sentner təşkil edib, 2010-cu ildə isə bu göstərici 20,7 sentner olub.

Keçən il buğda yığımı əvvəlki ilə nisbətən 25,4% artaraq 1 641 min ton təşkil edib. Buğda sahələrinin məhsuldarlığı 1 hektardan 2010-cu ildəki 19,9 sentnerə qarşı 2011-ci ildə 25,1 sentner təşkil edib.

Ötən il payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) tədarükü 23,7%, qardığalı 13,1%, dən üçün günəbaxan yığımı 27% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR