Bank Of Baku

Azərbaycan meyvə-tərəvəz istehsalını artırıb

Azərbaycan meyvə-tərəvəz istehsalını artırıb
# 18 yanvar 2012 13:52 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il ərzində Azərbaycanda tərəvəz, bostan məhsulları, meyvə, üzüm, tütün yarpağının istehsalı artıb. Bununla yanaşı, şəkər çuğunduru, kartof və yaşıl çay yarpağının istehsalı azalıb. Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə ölkədə 478,015 min ton ərzaq üçün bostan məhsulları istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 10,2% çoxdur. Ötən il üzüm istehsalı 137,038 min ton (artım 5,8%), tütün yarpağı istehsalı 3,587 min ton (artım 10,6%), meyvə - 765,818 min ton (artım 5%), tərəvəz - 1 214,758 min ton (artım 2,1%) təşkil edib.

Hesabat ilində Azərbaycanda 938,517 min ton kartof (azalma 1,6%), 254,661 min ton şəkər çuğunduru (azalma 1%) tədarük edilib. Hər iki halda azalmanın əsas səbəbi əkin sahələrinin azalması ilə bağlıdır. Ötən il ölkədə 534,1 ton yaşıl çay yarpağı toplanıb ki, bu da 2010-cu ilə nisbətən 2% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR