Bank Of Baku

Azərbaycan ötən il kənd təsərrüfatı istehsalını 6% artırıb

Azərbaycan ötən il kənd təsərrüfatı istehsalını 6% artırıb
# 19 yanvar 2012 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanın kənd təsərrüfatında ümumi məhsul istehsalı 2010-cu ilə nisbətən 5,8% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bitkiçilik məhsulları 8%, heyvandarlıq məhsulları isə 3,5% artıb, cari qiymətlərlə 4 525,2 mln. manatlıq məhsul istehsal olunub.

«Ötən il ilkin mədaxil çəkisində 2 458,5 min ton taxıl, 938,5 min ton kartof, 1 214,8 min ton tərəvəz, 65,3 min ton pambıq, 765,8 min ton meyvə və giləmeyvə, 478 min ton bostan məhsulları, 137 min ton üzüm, 254,7 min ton şəkər çuğunduru, 3,6 min ton tütün, 534,1 ton yaşıl çay yarpağı toplanıb, kəsilmiş çəkidə 264,7 min ton ət, 1 622,3 min ton süd, 1 008,1 mln. ədəd yumurta və 16,2 min ton yun istehsal olunub», - deyə Komitədən bildirilib.

Ötən ilin sonuna 2 670,5 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 282,6 min baş inək və camış, 8 510,1 min baş qoyun və keçi mövcud olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR