Bank Of Baku

Azərbaycanda tütün məmulatlarının idxalına lisenziyanı Kənd Təsərrüfatı Nazirliyi verəcək

Azərbaycanda tütün məmulatlarının idxalına lisenziyanı Kənd Təsərrüfatı Nazirliyi verəcək
# 23 yanvar 2012 08:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bundan sonra Azərbaycanda tütün məmulatlarının istehsalı və idxalının lisenziyalaşdırılması Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçiriləcək. «APA-Economics»in məlumatına görə, Nazirlər Kabineti «Qiymətli və keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı», «Tütün istehsalçılarına dövlət himayəsinin, habelə qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və şərtləri haqqında Əsasnamə» və «Tütünün və tütün məmulatının keyfiyyətinə və dövriyyəsinə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında 2002-ci il 22 noyabr tarixli qərarına dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Yeni qərara əsəsən, ölkədə tütün məmulatlarının istehsalı və ölkəyə tütün məmulatlarının idxalının lisenziyalaşdırılması üzrə müvafiq icra hakimiyyəti orqanı kimi Kənd Təsərrüfatı Nazirliyi müəyyənləşdirilib.

Qeyd edək ki, indiyədək bu, İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR