Bank Of Baku

Moldovanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək

Moldovanın kənd təsərrüfatı naziri Azərbaycana səfər edəcək
# 24 yanvar 2012 12:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Moldovanın kənd təsərrüfatı naziri Vasil Bumakovun bu il aprel ayının əvvəlində Azərbaycana səfər edəcəyi planlaşdırılır. APA-nın məlumatına görə, bu məsələ Moldovanın baş naziri Vlad Filat və Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyev arasında Kişinyovda keçirilən görüşdə müzakirə olunub.

V.Filat qeyd edib ki, Moldovanın kənd təsərrüfatı nazirinin Bakıya səfəri zamanı Azərbaycanın aqrar sektorunda, o cümlədən şərabçılıq sahəsində layihələrin həyata keçirilməsi perspektivləri müzakirə ediləcək.

Görüşdə həmçinin Moldova-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının bu ilin ilk yarısında keçirilməsi planlaşdırılan iclasına hazırlıq məsələləri də diqqət mərkəzində saxlanılıb.

V.Filat ötən həftə Azərbaycana keçirdiyi səfərin yekunlarını yüksək qiymətləndirib və Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR