Bank Of Baku

Ötən il Azərbaycanda balıq ovuna verilmiş kvota 49% icra olunub

Ötən il Azərbaycanda balıq ovuna verilmiş kvota 49% icra olunub
# 07 fevral 2012 11:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq 141 hüquqi və fiziki şəxs tərəfindən balıq ovuna verilmiş 2 174 ton kvotaya qarşı 1 061 ton balıq ovlanıb. Nəticədə, kvotanın faktiki icrası 48,8% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ovlanmış balığın 485 tonu kilkə, 152 tonu siyənək, 139 tonu kefal, 72 tonu çapaq, 82 tonu kütüm, qalanı isə digər balıq növlərinin payına düşüb.

Qeyd edək ki, balıqçılar tərəfindən kvotanın alınması üçün 19,4 min manat ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR