Bank Of Baku

İranın Hindistandan düyü idxalında problem yaranıb

İranın Hindistandan düyü idxalında problem yaranıb
# 09 fevral 2012 07:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Hindistandan düyü idxalında problem yaranıb. APA-nın məlumatına görə, buna səbəb İranın Mərkəzi Bankı da daxil olmaqla digər banklarına tətbiq olunmuş sanksiyalardır.

Bununla əlaqədar İran 2011-ci ilin oktyabr və noyabr aylarında Hindistandan aldığı 144 mln. dollar dəyərindəki 200 min ton düyünün pulunu ödəyə bilmir. Nəticədə Hindistan şirkətləri məsələnin həll olunması üçün hökumətə müraciət ediblər.

Qeyd edək ki, Pakistan, Vyetnam və Tailand İrana düyü ixracını tamamilə dayandırıblar. İran hər il Hindistandan 1 mln. tondan çox düyü idxal edir. Bu isə İranın düyü ehtiyacının 70%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR