Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yanvarda bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yanvarda bahalaşıb
# 09 fevral 2012 15:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yanvar ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6%, o cümlədən çoxillik bitkilərin 0,2%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,3% bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri dəyişməz qalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,2%, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 0,3%, kələmin 0,1%, göyərtilərin 0,4%, kartofun 2%, yoncanın istehsalçı qiymətləri 1,3% bahalaşıb, buğdanın istehsalçı qiymətləri 1%, arpanın 0,5%, soğanın 0,2%, cəfərinin istehsalçı qiymətləri isə 0,7% ucuzlaşıb.

Çoxillik bitkilərdən feyxoanın istehsalçı qiymətləri 6,1%, mandarinin 0,5%, almanın və armudun 0,2%, heyvanın və fındığın 0,1%, şabalıdın 6%, qozun istehsalçı qiymətləri isə 0,7% bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 2%, inəyin və 1 yaşadək quzunun 0,9%, 1 yaşdan 2 yaşadək olan erkək dananın 0,1%, ana qoyunun 0,4%, inək südünün 3,2%, təbii balın istehsalçı qiymətləri 1,3% bahalaşıb: «Bu bahalaşma ilə yanaşı ay ərzində cavan toyuğun 2,7%, diri çəkidə quş ətinin istehsalçı qiymətləri isə 1,8% ucuzlaşıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR