Bank Of Baku

Hindistan İrana çay ixracını dayandıra bilər

Hindistan İrana çay ixracını dayandıra bilər
# 13 fevral 2012 07:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Hindistan İrana çay ixracını dayandıra bilər. APA-nın məlumatına görə, buna səbəb İran Mərkəzi Bankı da daxil olmaqla bu ölkənin digər banklarına tətbiq olunmuş sanksiyalarla əlaqədar məhsulun pulunun ödənə bilinməməsidir.

Hindistanın ticarət naziri Raol Xular deyib ki, sanksiyaların yaratdığı problemlərlə bağlı ölkə tacirlərinin İrana düyü, buğda, polad, neft məhsulları ixracını dayandırmaları məsləhət görülür.

Qeyd edək ki, ötən ay Hindistan İrana çay ixracını 25% azaldaraq 10 min tona endirib. Hindistan isə İrandan ən çox neft idxal edən ikinci ölkədir. Rəsmi Dehli Tehrandan illik 11 mlrd. 500 mln. ABŞ dolları məbləğində neft idxal edir. Ancaq Hindistan İrana bütövlükdə 2,5 mlrd. dollar məbləğində məhsul ixrac edir. Sanksiyaların təsiri nəticəsində Hindistana İrandan neft idxalının miqdarı gündəlik 400 min bareldən 320 min barelə düşüb. Hazırda Hindistanın İrana 8 mlrd. dollar borcu var, bu məbləğin 45%-nin iki ölkə arasında yerli valyuta (rupi) ilə ödənilməsi barədə razılıq əldə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR