Bank Of Baku

Bakıda «Qeyri-kənd təsərrüfatı malları üzrə ÜTT danışıqları» mövzusunda seminar keçirilir

Bakıda «Qeyri-kənd təsərrüfatı malları üzrə ÜTT danışıqları» mövzusunda seminar keçirilir
# 13 fevral 2012 08:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqstiadi İnkişaf Nazirliyinin və İslam İnkişaf Bankının (IDB) təşkilatçılığı ilə Bakıda IDB-nin Texniki yardım və potensialın artırılması proqramı çərçivəsində “Qeyri-kənd təsərrüfatı malları üzrə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) danışıqları” mövzusunda seminar keçirilir.

«APA-Economics»in məlumatına görə, tədbirdə aidiyyəti dövlət qurumlarının və IDB-yə üzv olan 15 ölkənin nümayəndələri həmçinin ÜTT-nin, Beynəlxalq Ticarət Mərkəzinin, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının ekspertləri iştirak edib.

Seminarda çıxış edən IDB-nin eksperti Syed Həbib Əhməd bu cür seminarların IDB tərəfindən quruma üzv ölkələrdə mütəmadi olaraq keçirildiyini bildirib, təbirin məqsədi barədə ətraflı məlumat verib.

İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Bəxtiyar Alışov seminarın IDB-yə üzv ölkələr üçün əhəmiyyətini vurğulayıb, belə tədbirlərin əməkdaşlığın genişləndirilməsində faydalı olduğunu qeyd edib. B.Alışov bildirib ki, seminar çərçivəsində qeyri-kənd təsərrüfatı mallarının tarifləri, preferensiyaları müzakirə olunacaq, ÜTT-yə üzv olan ölkələrin bu sahədə təcrübələri öyrəniləcək.

Qeyd edək ki, seminar fevralın 15-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR