Bank Of Baku

Gəncədə Dövlət Baytarlıq Xidmətinin zona müşavirəsi keçirilib – FOTO

Gəncədə Dövlət Baytarlıq Xidmətinin zona müşavirəsi keçirilib – <font color=red>FOTO </font>
# 17 fevral 2012 13:07 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş zona müşavirəsi keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanın qatıldığı tədbirdə 19 şəhər və rayon baytarlıq idarələrinin, zona baytarlıq laboratoriyalarının rəhbərləri iştirak edib.

S. Rüstəmova 2011-ci ilin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib. O, tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. S. Rüstəmova Baytarlıq Xidmətinin strateji planının tərtib edildiyini bildirib: “Bu strateji plana uyğun olaraq 2012-ci ildən başalayaraq Baytarlıq Xidmətində dəyişikliklər olacaq. Bununla yanaşı, Avropa İttifaqının dəstəklədiyi layihə əsasında heyvanların identifikasiyası və qeydə alınması həyata keçirilir. Regionların Sosial İqtisadi İnkişafı proqramına uyğun olaraq Dövlət Baytarlıq Xidmətinin regionlarda inzibati binalarının, diaqnostik kabinetlər və zona baytarlıq lbaratoriyalarının tikintisnə başlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR