Bank Of Baku

Azərbaycanda balıq ovlanması 24% artıb

Azərbaycanda balıq ovlanması 24% artıb
# 20 fevral 2012 14:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən 11,7 min manat dəyərində balıq ovlanıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ölkədə balıqçılığın inkişaf etdirilməsi və əhalinin balıq və balıq məhsullarına olan tələbatının ödənilməsinin daha da yaxşılaşdırılması istiqamətində müəyyən işlər yerinə yetirilməkdədir. Belə ki, 2011-ci ildə 335 mln. ədəd vətəgə əhəmiyyətli balıq körpələri təbii su hövzələrinə və anbarlarına buraxılıb.

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına uyğun olaraq ölkədə ötən il 141 hüquqi və fiziki şəxs tərəfindən balıq ovuna verilmiş 2 174 ton kvotaya qarşı 1 061 ton balıq ovlanıb: «Ovlanmış balığın 485 tonu kilkə, 152 tonu siyənək, 139 tonu kefal, 82 tonu kütüm, 72 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb».

Balıqçılar tərəfindən kvotanın alınması üçün il ərzində 19,4 min manat ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR